
ABŞ Belçikaya “SkyGuardian” PUA-ları tədarük edəcək
ABŞ-ın “General Atomics Aeronautical Systems Inc” (GA-ASI) şirkəti ABŞ Hava Qüvvələri ilə Belçika Müdafiə Nazirliyi üçün MQ-9B “SkyGuardian” pilotsuz uçuş aparatlarının (PUA) tədarükünə dair müqavilə imzalayıb.
Bu barədə Azeri Defence saytı GA-ASI şirkətinə istinadən məlumat verib.
Xarici Hərbi Satış müqaviləsinə “SkyGuardian” PUA-nın dizaynı, hazırlanması, inteqrasiya və istehsalı daxildir.
MQ-9B “SkyGuardian” pilotsuz uçuş aparatlarının ilk partiyasının 2023-cü ildə sifarişçiyə çatdırılması planlaşdırılıb.
KATEQORIYA: Xəbərlər