ABŞ Böyük Britaniya Ordusuna “Protector RG1” PUA-ları tədarük edəcək

ABŞ Böyük Britaniya Ordusuna “Protector RG1” PUA-ları tədarük edəcək

Böyük Britaniya ABŞ-ın “General Atomics Aeronautical Systems Inc” (GA-ASI) şirkəti ilə “Protector RG1” pilotsuz uçuş aparatlarının tədarükünə dair müqavilə bağlayıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, “Protector RG1” PUA-ları GA-ASI şirkəti tərəfindən Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə istehal edilib.

Müqavilə çərçivəsində Böyük Britaniya HHQ-ə tədarük ediləcək orta hündürlük və uzaq məsafə (MALE) sinifinə məxsus 3 ədəd “Protector RG1” PUA-nın dəyəri 82 milyon ABŞ dolları təşkil edir. İlk mərhələdə Böyük Britaniya 16 ədəd “Protector RG1” PUA-nın çatdırılması planlaşdırılıb.

“Protector RG1” PUA-ları hazırda Böyük Britaniya HHQ-nin silahlanmasında yer alan MQ-9 „Reaper” PUA-larını əvəz edəcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş