ABŞ Braziliyaya amfibiya döyüş maşını satır

ABŞ Braziliyaya amfibiya döyüş maşını satır. Bu barədə “AzeriDefence” ABŞ-ın Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyinə (DSCA) istinadən məlumat verib.

Agentlik Braziliyaya 26 ədəd RAM/RS amfibiya tipli döyüş maşının (Assault Amphibious Vehicle) satışı ilə bağlı bildiriş göndərib. Müqavilənin ümumi dəyəri 233 mln. ABŞ dolları təşkil edir. Müqaviləyə döyüş maşınlarının və ehtiyat hissələrinin çatdırılması, heyətin öyrədilməsi və logistik dəstək daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş