ABŞ Cənubi Koreya Ordusuna yeni tip “hava-hava” raketləri verəcək

ABŞ-ın “Raytheon” şirkəti Cənubi Koreya Ordusu üçün AIM-9X-2 “Block II Sidewinder” hava-hava raketlərini istehsal edəcək.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Cənubi Koreya və ABŞ arasında imzalanan müqavilənin dəyəri 70 miliyon dollar təşkil edir.

Müqavilə çərçivəsində “Raytheon” şirkəti Cənubi Koreyaya 60 ədəd AIM-9X-2 “Block II Sidewinder” raketləri ilə yanaşı 6 ədəd AIM-9X-2 Block II taktik idarəetmə sistemi də təhvil verəcək.

Bundan başqa “Raytheon” şirkəti sifarişçini mərmi, ehtiyat hissələri və digər texniki avadanlıqlarla da təmin edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş