ABŞ Dəniz Piyadaları Korpusu “Centaur” robotu alır

ABŞ Dəniz Piyadaları Korpusu “Centaur” robotu alır

ABŞ Dəniz Piyadaları Korpusu ilə “FLİR Systems” şirkəti arasında “Centaur” məsafədən idarə olunan robotunun tədarükünə dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence”ə “FLİR Systems” şirkətindən məlumat verilib.

Dəyəri 18,6 milyon ABŞ dollar olan müqavilə çərçivəsində “FLİR Systems” şirkəti sifarişçini 140 ədəd “Centaur” robotu və onun ehtiyat hissələri ilə təmin edəcək.

“Centaur” robotunun 2020-ci ilin üçüncü rübündə sifarişçiyə çatdırılmasına başlanması planlaşdırılır.

Partlayış təhlükəli əşyaların aşkar edilməsi, daşınması və zərərsizləşdirlməsində istifadə olunan “Centaur” robotu EO/IR kamera sistemi ilə təchiz edilib. Robot altı metrdən uzun bir manipulyator qola və pilləkənlərə qalxmaq imkanına malikdir.

ABŞ Dəniz Piyadaları Korpusunun EOD Qrupu tərəfindən “Centaur” robotu əldə qayırma partlayıcılar (İED), partlamamış hərbi sursatlar (PHS) və digər təhlükəli vasitələrin zərərsizləşdirlməsində istifadə ediləcək.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş