ABŞ Dəniz Piyadaları yeni nəsil yüngül qumbaraatan axtarışındadır

ABŞ Dəniz Piyadaları yeni nəsil yüngül qumbaraatan axtarışındadır

ABŞ Dəniz Piyadaları Korpusu M72 qumbaraatanın yeni nəslinin axtarışındadır.

Azeri Defence saytının məlumatına görə, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun sosial media hesabında bildirilib.

ABŞ Dəniz Qoşunları Sistemləri Komandanlığı (MCSC) Dəniz Piyadalarının ehtiyacını qarşılamaq məqsədilə çiyindən atılan tank əleyhinə qumbaraatan üçün tender elan edib. Yeni qumbaraatan hazırda ABŞ Dəniz Piyadaları Korpusunun silahlanmasında yer alan M72 LAW (Light Assault Weapon) silah sistemini əvəz edəcək.

Qeyd edək ki, 1960-cı illərdə ABŞ-ın “Talley Defense Systems” şirkəti tərəfindən istehsal edilən tək atımlı, daşınabilən M72 qumbaraatanı yüngül tank əleyhinə silah sistemidir.

KATEQORIYA:
Bu xəbəri paylaş