ABŞ-da F-16-nın pilotu öz hərbi hissəsini raketlə vurub

ABŞ-da F-16 döyüş təyyarələrinin təlimləri zamanı bədbəxt hadisə baş verib.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

ABŞ-ın Nyu-Meksiko ştatında yerləşən Hərbi Hava Qüvvələrinə məxsus “Hollaman” aviabazasında keçirilən təlim zamanı F-16 qırıcı təyyarələrindən biri “hava-yer” raketi ilə əsgərlərin üzərinə atəş açıb.

Hadisə nəticəsində ABŞ Ordusunun bir əsgəri həlak olub, biri xəsarət alıb. Xəsarət alan xəstəxanaya yerləşdirilib, səhəti qənaətbəxş olduğundan daha sonra evə buraxılıb.

Hadisənin baş vermə səbəbi ilə bağlı araşdırma aparılır.

KATEQORIYA:
Bu xəbəri paylaş