ABŞ-da raket aşkarlama sisteminin sınaqlarını keçirib

ABŞ-ın “Lockheed Martin” şirkəti yeni raket aşkarlama sisteminin sınaqlarını həyata keçirib.

“AzeriDefence”nin şirkətə istinadən verdiyi məlumatına görə, sistem idarə olunmayan raketlər, mərmi və minomyotların aşkarlanaraq məhv edilməsi üçün nəzərdə tutulub.

Silah ABŞ-ın “Uayt-Sendz” poliqonunda sınaqdan çıxarılıb.

Silahın uzunluğu 61 sm, diametri 4 sm, uçuş zamanı çəkisi 2,2 kq-dır.

Raketin uçuş məsafəsi 3 km-ə qədərdir.

Raket fuqas döyüş hissəsindən təşkil olunmayıb. Hədəfin məhv edilməsi isə yalnız kinetik toxunma zamanı baş verir. Bunun sayəsində raketin hərbi ehtiyatları azaldılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş