ABŞ Dağlıq Qarabağda mina təmizlənməsi işlərinə daha 1.5 milyon dollar ayıracaq

ABŞ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin minadan təmizlənməsi işlərinin davam etdirilməsinə 1.5 milyon ABŞ dolları maliyyə yardımı ayırmağı planlaşdırır.

“AzeriDefence”nin “Amerikanın səsi”nə istinadən verdiyi məlumta görə, bu barədə qərarın Konqres tərəfindən bu gün səsverməyə çıxarılacağı gözlənilir.

Təşəbbüsün müəllifi konqresmen Devid Valando bildirib ki, Dağlıq Qarabağda mina təhlükəsilə əlaqədar əhali daima təhlükə altındadır.

Konqresmen qeyd edib ki, 2000-ci ildən Qarabağda işləyən ” The HALO Trust” təşkilatı artıq 90% ərazini minalardan təmizləyib. Bu prosesin 2020-ci ildə tamamilə başa çatdırılmasının mümkünlüyünü vurğulayan Devid Valando bunun üçün əlavə 8 milyon dollar lazım olduğunu deyib.

Qeyd edək ki, ABŞ 2000-ci ildən Dağlıq Qarabağın minalardan təmizlənməsi ilə əlaqədar Ermənistana humanitar yardım göndərir.

KATEQORIYA:
Bu xəbəri paylaş