ABŞ-dan verilən döyüş qayıqları Odessada yerləşdirildi

ABŞ-ın Ukraynaya təmənnasız verdiyi “Willard Sea Force 730” və “Sea Force 11M” katerləri Odessada dislokasiya olunub.

“AzeriDefence”nin məlumatına görə, bu barədə xəbəri Ukrayna mediası yayıb.
Xəbərdə bildirilib ki, katerlərdən 4-ü Ukrayna Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarına, biri isə xilasetmə xidmətinə verilib.

Katerlərin komplektasiyası müasir tələblərə cavab verir və 7,62 mm-lik pulemyotla təchiz olunublar.

Ukrayna HDQ-ən bildirilib ki, belə tip qayıqların sayının artırılması istiqamətində danışıqlar davam etdirilir.

Qeyd edək ki, ABŞ parlamenti Ukraynaya hərbi yardımın davam etdirilməsi ilə bağlı əlavə qərar çıxarıb. Qərara əsasən 2015-ci ildə yardımın məbləği 75 mln dollar olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş