ABŞ-dan yenilik: Lazer şüa vasitəsilə idarə olunan minaatan mərmisi – FOTO

ABŞ hərbi sənaye sektoru lazer idarə olunma ilə təchiz edilmiş yeni minaatan mərmisinin yaradılmasına başlayacaq.

“AzeriDefence”nin “Defence Talk”a istinadən verdiyi məlumatına görə, ABŞ Müdafiə Nazirliyi HEGM (High Explosive Guided Mortar) proqramı çərçivəsində bu idarə olunan minaatan mərmisinin yaradılması məqsədilə bir neçə şirkətlər saziş imzalayıb.

Bildirilib ki, mərmi lazer şüa vasitəsilə idarə olunacaq.

Yaxın 2-3 il ərzində mərminin yaradılması layihəsinin yekunlaşdırılması, 2021-ci ildə isə silahlanmaya daxil edilməsi planlaşdırılır.

Məhsulun texniki xüsusiyyətləri barədə məlumat verilməsə də mərminin GPS qurğu ilə təchiz ediləcəyi də məlumatda qeyd olunub.

Mərmi 120 mm bütün növ artilleriya sistemlərində istifadə oluna bilinəcək.

İlkin mərhələdə 14 min bu tip mərminin istehsal olunacağına dair məlumat da xəbər də yer alıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş