ABŞ dəniz piyadaları üçün yeni döyüş maşını

ABŞ-ın “Lockheed Martin” şirkəti dəniz piyadaları üçün yeni döyüş maşınını nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, şirkət yeni məhsulunu – “Amphibious Combat Vehicle” (ACV) adlı döyüş maşınını ABŞ-ın Virdjiniya ştatında keçirilən sərgidə təqdimata çıxarıb.

Maşın 8х8 formulalı şassidə yaradılıb və 13 hərbçini aparmaq üçün nəzərdə tutulub. ACV-də partlayışlara qarşı yüksək müdafiə sistemi də qurulub.

Döyüş maşınının istehsalı 1970-ci il istehsalı AAV7A1 zirehli transportyorunun əvəzlənməsi proqramı çərçivəsində həyata keçirilib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş