ABŞ Dəniz Qüvvələri dəbilqəyə bağlı displeyin sınaqlarına başlayacaq

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Elmi Tədqiqat İdarəsi gəmi bələdçiləri üçün dəbilqəyə inteqrasiya edilmiş displey hazırlayıb.

Bu barədə “AzerDefence” “Defense Aerospace” saytına istinadən məlumat verib.

Öz unikallığı ilə seçilən dəbilqə gəmidə artilleriya və pulemyotlardan atəş dəqiqliyinin artırılması üçün nəzərdə tutulub.

Dəbilqə döyüşçünün atəş zərbələrindən qorunması və ətrafı müşahidə etməsinə imkan yaradır.

“GunnAR” adı verilən vizual dəbilqənin 2017-ci ildə sınaqları keçiriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş