ABŞ Dəniz Qüvvələri lazer silahı qəbul etdi

ABŞ Dəniz Qüvvələri suüstü üzmə vasitələrinə qarşı tətbiq olunacaq lazer silahını silahlanmaya qəbul edib. “AzeriDefence”nin məlumatına görə, bu barədə ABŞ Dəniz Qüvvələri məlumat yayıb.

Dəniz Qüvvələrinin sözçüsü Peter Morrison bildirib ki, Solid State Laser adlanan silah kiçik ölçülü qayıqlara qarşı effektiv məhvetmə gücünə malikdir.

Gələcəkdə bu silahın daha böyük hədəflərə qarşı tətbiqi məsələsinə baxılacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş