ABŞ Əfqanıstana 6 ədəd A-29 təyyarələri göndərəcək
ABŞ-ın “Sierra Nevada Corporation” və Braziliyanın “Embraer” şirkətləri ABŞ Hərbi Hava Qüvvələrinə əlavə 6 ədəd A-29 “Super Tucano” təlim-döyüş təyyarəsi tədarük edəcəklər.
“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, A-29 təlim-döyüş təyyarələri ABŞ Hərbi Hava Qüvvələrinə “Əfqanıstan Proqramı” çərçivəsində təhvil veriləcək.
Bildirilib ki, A-29 “Super Tucano” “Əfqanıstan Proqramı” çərçivəsində həyata keçirilən uçuş təlimləri, hava kəşfiyyat əməliyyatları və digər əməliyyatlarda istifadə edilir.
KATEQORIYA: Sənaye