ABŞ Əfqanıstana daha 6 ədəd “Super Tucano” təyyarəsi verir

ABŞ Əfqanıstana daha 6 ədəd “Super Tucano” təyyarəsi çatdıracaq.

“AzeriDefence” xəbər verir ki, bu haqda “Defense News” portalı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ABŞ-ın “Sierra Nevada Corporation” və Braziliyanın “Embraer” şirkətləri Əfqanıstan Hərbi Hava Qüvvələrinə daha 6 ədəd  A-29 “Super Tucano” təlim-döyüş təyyarəsi tədarük edəcəklər.

Təyyarlərin alınması müqaviləsinin dəyəri 174,5 milyon ABŞ dollarıdır. 2020-ci ilin dekabrın 31-nədək nəzərdə tutulan müqaviləyə Əfqanıstanda şəxsi heyətin hazırlığı da daxildir.

Ümumilikdə bu günədək müqavilə üzrə Əfqanıstana 26 ədəd “Super Tucano” təyyarəsi çatdırılıb.

A-29 “Super Tucano” uçuş təlimləri, hava kəşfiyyat əməliyyatları və digər əməliyyatlarda istifadə edilir.

Bu təyyarələrin ilk 20 ədədinin çatdırılması üçün 2013-cü ilin fevral ayında 427 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş