ABŞ elektromaqnit topun sınaqlarını yekunlaşdırıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin Yerüstü silah sistemləri Mərkəzi yeni yaradılan eletromaqnit topun sınaq testlərini bitirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, elmi terminalogiyada relsotron adlandırılan bu top yüz kilometrlərlə məsafədə hədəfi məhv edir.

Loboratoriya şəraitində həyata keçirilən sınaqlardan sonra silah Hərbi Dəniz Qüvvələrinin bazasında növbəti test mərhələsinə cəlb olunacaq. Burada silah gəmi üzərində öz təyinatı üzrə yoxlamadan keçiriləcək.

Topun 2020-ci ildə silahlanmaya qəbul olunacağı planlaşdırılır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş