ABŞ F-16 təyyarələrini modernləşdirir
ABŞ Silahlı Qüvvələrinin F-16 döyüş təyyarələrinin radiolakasiya sistemi (RLS) yenisi ilə əvəzlənəcək.
“AzeriDefence”in xarici mediaya istinadən verdiyi məlumatına görə, ABŞ hərbi rəhbərliyinin qərarına əsasən, qısa zamanda Silahlı Qüvvələrin F-16 parkı modernləşdiriləcək və bu təyyarələr yeni sistemlərlə təchiz olunacaq.
Artıq bunun üçün dövlət büdcəsindən 40 milyon ABŞ dolları ayrılıb. Bu vəsaitlə təyyarələr yeni bort-radar sistemi və RLS-lərlə təchiz ediləcəklər.
Yeni sistemlərin hansı üstünlüklərinin olacağına dair isə hər hansı bir məlumat verilməyib.
KATEQORIYA: Sənaye