ABŞ F-35-in mühərrikinin yenidən istehsalı üçün 1 milyard xərcləyəcək – FOTO

Amerikanın “United Technologies” və “Pratt & Whitney” şirkətləri ABŞ Müdafiə Nazirliyi ilə F-35 döyüş təyyarəsinin modernləşdirilmiş təyyarəsinin istehsalı ilə bağlı saziş imzalayıblar.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, sazişin dəyəri 1,04 milyard ABŞ dollarıdır. Sazişə əsasən, modernləşmə prosesi 2019-cu ilin sentyabrında bitməlidir.

Razılaşmaya görə, 38 yeni mühərrik ABŞ ordusuna təhvil veriləcək. 25 mühərrik isə ABŞ Müdafiə Nazirliyinin xətti ilə xarici alıcılara veriləcək.

Xatırladaq ki, F-35 ABŞ istehsalı olan 5-ci nəsl döyüş təyyarəsidir. Təyyarənin 1 ədədinin qiyməti 159 milyon dollardır. Hazırda dünyanın 12 ölkəsinin ordularında bu təyyarə silahlanmada yer alıb.

F135

 

KATEQORIYA:
Bu xəbəri paylaş