
ABŞ Filippinə sürətli hücum katerləri tədarük edəcək
ABŞ Dövlət Departamenti Filippinə sürətli hücum katerlərin və əlaqədar avadanlıqların satışına razılıq verib.
Bu barədə Azeri Defence saytı ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə istinadən məlumat verib.
Xarici Hərbi Satış proqramı çərçivəsində həyata keçiriləcək tədarükün təxmini dəyəri 126 milyon dollar təşkil edir.
KATEQORIYA: Xəbərlər