ABŞ gəmi əleyhinə LRASM raketinin ilk atış testini keçirib

ABŞ-ın “Lockheed Martin” şirkətinin hazırladığı taktik konfiqurasiyalı uzun mənzilli gəmi əleyhinə raketin (Long Range Anti-Ship Missile/LRASM) ilk atış testi keçirilib.

“AzeriDefence” xəbər verir ki, “Lockheed Martin” şirkəti mətbuata açıqlamasında bildirib ki, atış ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-1B “Lacer” döyüş təyyarəsindən həyata keçirilib.

Yeni LRASM raketi təyin edilmiş istiqamətlərdəki bütün nöqtələrdən keçdikdən sonra dənizə doğru irəliləyib. Sonda isə hədəfə çatmaq üçün aşağı doğru hərəkət edən raket, müvəffəqiyyətlə hədəfi aşkarlayaraq məhv edib.

LRASM raketi radioelektron müharibə mühütində, kəşfiyyat-müşahidə  platformalarına, rabitə əlaqələrinə və GPS naviqasiya asılılığı azaldacaq müsir texnologiyalardan istifadə edərək gəmi qrupları daxilindəki xüsusi hədəfləri aşkar və məhv etmək üçün nəzərdə tutulub.

KATEQORIYA:
Bu xəbəri paylaş