ABŞ Gürcüstan Ordusuna 28 MRAP bağışladı

ABŞ Müdafiə Nazirliyi Gürcüstan Silahlı Qüvvələrinə 28 ədəd minaya qarşı qorumalı nəqliyyat vasitəsi (Mine Resistant Ambush Protected – MRAP) verib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

ABŞ-ın Gürcüstana hərbi yardımları çərçivəsində bağışladığı “Cougar” tipli MRAP-lar gürcü hərbçiləri tərəfindən Əfqanıstanda ISAF missiyasında istifadə olunacaq.

Nəqliyyat vasitələri dəmir yolu vasitəsi ilə ötən gün Poti limanından Krtsanisi təlim mərkəzinə yola salınıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ tərəfindən Gürcüstan Silahlı Qüvvələrinə 110 ədəd Humvee (HMMWV) və açıqlanmayan sayda “Cougar” tipli nəqliyyat vasitəsi bağışlanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş