ABŞ Gürcüstana “Javelin” raketləri verəcək

ABŞ Dövlət Departamenti Gürcüstana FGM-148 “Javelin” tank əleyhinə raket komplekslərinin satışına icazə verib.

Bu barədə “AzeriDefence” ABŞ-ın Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyinə (DSCA) istinadən məlumat verib.

Müqaviləyə əsasən ABŞ Gürcüstan Ordusuna 75 milyon dollar dəyərində 410 ədəd “Javelin” raketi, 72 ədəd buraxıcı qurğu, habelə ehtiyat hissələr, 70 simulyator tədarük edəcək. Eyni zamanda təlimlər veriləcək.

“Bu,ABŞ tərəfindən Gürcüstanın milli təhlükəsizliyinə kömək edəcək. Avadanlıq satışı regionda əsas hərbi balansı dəyişməyəcək”, – deyə məlumatda qeyd olunub.

Raketlər və kompleks “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən tədarük olunacaq.

Qeyd edək ki, “Javelin” raket kompleksinin çəkisi 22.3 kq, uzunluğu 1.1 metr, çapı 127 mm, atış məsafəsi 2500-4750 metr təşkil edir. 8.4 kq ağırlığında tandem döyüş başlığına malik raket 600-800 mm qalınlığında zirehi dəlməyi bacarır.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş