ABŞ Gürcüstanda yeni hərbi baza inşa edir

ABŞ-ın dəstəyi ilə Gürcüstanda Silahlı Qüvvələrin Təlim Mərkəzinin  inşasına başlanılacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Bu barədə razılıq Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə ABŞ-ın Avropadakı Quru Qoşunlarının komandanı Ben Xoces arasında  Almaniyanın Hohenfels şəhərində yerləşən təlim bazasında görüşdə əldə edilib.

Təlim mərkəzinin inşası Gürcüstan-ABŞ hərbi əməkdaşlıq proqramı çərçivəsində həyata keçiriləcək. Artıq bununla bağlı 2016-cı ilin dekabrında müvafiq sənədlər təsdiq olunub.

Yaxın günlərdə ABŞ Ordusunun generalı Antonio Auquto təlim mərkəzinin tikintisinə dair məsələləri müzakirə etmək üçün Tiflisə səfər edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş