ABŞ Hava Qüvvələrinə yeni qərargah rəisi təyin edilib

ABŞ Hava Qüvvələrinə yeni qərargah rəisi təyin edilib

ABŞ Senatı afroamerikalı general Çarlz Braunun Hava Qüvvələrinin (USAF) qərargah rəisi vəzifəsinə təyin edilməsini təsdiq edib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, general Ç. Braunun namizədliyini 98 senator dəstəkləyib, əleyhinə səs verən olmayıb.

General Ç. Braunun 22-ci USAF baş qərargah rəisi vəzifəsinə namizədliyi ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.

Bundan əvvəl Ç. Braun ABŞ Mərkəzi Komandanlığının komandan müavini, USAF-ın Sakit və Hind okeanlarında Ordu komandanı vəzifələrini icra edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş