ABŞ Hava Qüvvələri AESA radarlarının alınması üçün 244 milyon dollarlıq müqavilə bağlayıb

ABŞ Hərbi Hava Qüvvələri “Northrop Grumman” şirkəti ilə 244 milyon dollarlıq müqavilə imzalayıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Müqavilə radarların və ehtiyat hissələrin çatdırılmasını əhatə edir.

Razılaşmanın 2019-cu ilin yanvarın 31-nə qədər başa çatdırılması gözlənilir.

ASEA radar sistemləri pilotlara həlledici qərarlar qəbul etməmişdən əvvəl hədəfi müəyyən etmə, məlumat toplama,  taktiki təhlil və qiymətləndirmə üçün daha çox vaxt və geniş imkanlar verir.

KATEQORIYA:
Bu xəbəri paylaş