ABŞ HDQ-i 608-ci F-18 döyüş təyyarəsini təhvil alıb

ABŞ HDQ-i 608-ci F-18 döyüş təyyarəsini təhvil alıb

ABŞ Hərbi Dəniz Qüvvələri “Boeing” şirkətinə sifariş verdiyi sonuncu F/A-18E/F “Super Hornet” Block 2 döyüş təyyarəsini təhvil alıb.

Bu barədə “AzeriDefence” “Janes”ə istinadən məlumat verib.

Bu günə qədər ABŞ HDQ-nin silahlanmasına 608 ədəd (322 ədəd tək pilotlu F/A-18E və 286 ədəd iki pilotlu F/A-18F) Block 2 “Super Hornet” təyyarəsi qəbul edilib.

F/A-18 və EA-18 proqramının rəhbəri Jason Denney bildirib ki, bundan sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün Block 3 versiyalı döyüş təyyarələrinin istehsalı həyata keçiriləcək.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş