ABŞ Hərbi Dəniz Qüvvələri gəmi parkını gücləndirir

“Textron Systems” şirkəti yeni hazırladığı SSC (ship-to-shore connector) hava yastıqlı desant gəmisinin LCAC (Landing Craft Air Cushion) versiyalı prototipinin dəniz testlərini keçirməyə hazırlaşır.

Bu barədə “AzeriDefence” “Textron Systems” şirkətinin rəsmi saytna istinadən məlumat verib.

2012-ci ildə ABŞ hökuməti ilə “Textron Systems” şirkəti arasında 212,7 milyon dollar dəyərində LCAC-100 gəmisinin istehsalına dair müqavilə imzalanıb.

Müqaviləyə əsasən, şirkət 2017-ci il ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinə LCAC-100 gəmilərinin ilk partiyasını təhvil verəcək.

Məlumatda o da qeyd olunur ki, şirkət Luiziana ştatındakı tərsanəsində 4 ədəd yeni platformanın inşasına hazırlaşır. Personal, təchizat və silahların sahilə daşınmasını təmin etmək məqsədi ilə hazırlanan LCAC-100 gəmiləri “Abrams” tanklarını da daşıya biləcək. 74 ton yükdaşıma qabliyyəti olan LCAC-100 gəmisi güclü mühərrik ilə təchiz olunub. LCAC-100 gəmisinin hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin arsenalında olan hava yastıqlı desant gəmisini əvəz etməsi nəzərdə tutulub.

KATEQORIYA:
Bu xəbəri paylaş