ABŞ Hərbi Hava Qüvvələri üçün kiber silah yaradılıb

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) daxili informasiya bazasını nəzarət və müdafiə şəbəkəsini qorumaq üçün kiber silah yaradılıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, kiber silah AFINC WS (Air Force Intranet Control Weapon System) adlandırılıb.

HHQ-dən bildirilib ki, AFINC WS ABŞ Silahlı Qüvvələrində ilk belə kiber silahdır.

Kiber silah 26 eskadriliyanın şəbəkəsinə tətbiq olunub.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin direktoru Mayk Rodjers bildirib ki, artıq dövlət silahlı qüvvələrdə kiber silahların tətbiqinə dair qərar qəbul edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş