ABŞ Hərbi Hava Qüvvələri üçün yeni təlim təyyarələri yaradılır

ABŞ-ın “Textron AirLand” şirkəti yeni təlim təyyarəsinin yaradılması ilə bağlı işlərə başlayıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, şirkət təyyarəninheç bir mövcud baza üzərində istehsal edilməyəcəyini də deyib.

Şirkətin prezidenti Bil Anderson bildirib ki, hazırda istifadə də olan “Scorpion” təlim təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinin tələblərinə cavab vermir. Bu səbəbdən də tam yeni təlim təyyarəsinin istehsal edilməsi zəruri hal alıb.

HHQ-nin sifarişinə əsasən, yeni təlim təyyarəsinin kabinası F-22 “Raptor” və F-35 “Lightning II” ilə eynilik təşkil etməlidir. Təyyarənin bütün bort-kompyuter sistemi də döyüş qırıcılarının bənzəri olmalıdır.

Məlumatda o da qeyd olunub ki, artıq ABŞ HHQ hazırda istifadə də olan T-38 “Talon”u əvəzləmək üçün 350 ədəd yeni təyyarənin istehsalına dair sifariş də verib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş