ABŞ-ın hərbi tibb mütəxəssisləri Azərbaycanda səfərdə olub

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının hərbi tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrinin hərbi feldşerləri ilə təcrübə mübadiləsi aparmaq məqsədilə Bakıda səfərdə olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbir çərçivəsində nümayəndə heyəti ilə Azərbaycanlı həmkarları arasında hərbi tibb dəstəyinin göstərilməsi üzrə səhra təlimləri, təcili tibbi müdaxilə, döyüş travmasının qiymətləndirilməsi və təxliyəsi, davamlı hərbi tibbi müdaxilə, o cümlədən kütləvi qırğın silahlarının istifadəsi zamanı insanların kütləvi təxliyəsi, yaralıların çeşidlənərək bir pillə yuxarı tibbi müdaxilə üçün təxliyə olunması və digər mövzularda müzakirələr aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş