ABŞ HHQ aerozol antenalarının sınaqlarını keçirir

ABŞ Hərbi Hava Qüüvvələrinin (HHQ) Tədqiqat laboratoriyası yeni istehsal olunan aerozol antenalarının sınaqlarına başlayacaq.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, antenalar “Tiger Shark” pilotsuz uçuş aparatlarına (PUA) inteqrasiya olunacaq. PUA bu tip 50 antena ilə təchiz ediləcək.

Avadanlığın istehsalı ilə bağlı bir neçə ildir tədqiqat işləri aparılır.

Aerozol antenalarının hərbi texnologiyada tətbiqi ilə bağlı işlərin daha sürətlə davam etdirilməsi nəzərdə tutulub.

Layihənin irihəcmli həyata keçirilməsi üçün hökumətə müvafiq təkliflər də daxil olub. Hərbçilər hesab edir ki, bu tip antenaların yaradılması həm maddi, həm də texnoloji baxımdan rentabellidir.

Antenaların texniki xarakteriskası ilə bağlı isə ətraflı məlumat verilmir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş