ABŞ Hökuməti Filppinə “Apache” helikopterinin satışına razılıq verib

ABŞ Hökuməti Filppinə “Apache” helikopterinin satışına razılıq verib

ABŞ Dövlət Departamenti 6 ədəd AH-64E “Apache” helikopterinin, habelə avadanlıq, silah, ehtiyat hissələri, təlim, texniki dəstək və digər xidmətlərin Filippinə 1.5 milyard ABŞ dollarına satılmasına razılıq verib.

Bu barədə “AzeriDefence” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən məlumat verib.

ABŞ Filippin üçün “Boeing” şirkətinin AH-64E “Apache Guardian” ya da “Bell Helicopter” şirkətinin AH-1Z “Viper” döyüş helikopterləri arasında seçim imkanı verib.

Hər iki alt helikopter, avadanlıq, silah, ehtiyat hissələri, təlim, texniki dəstək və digər xidmətlər daxil olmaqla təklif olunan sövdələşmə “Apache” üçün təxminən 1,5 milyard dollar və “Viper” üçün 450 milyon dollar dəyərində qiymətləndirilir.

“Apache” təsdiqləməsinə daha çox avadanlıq daxil olsa da, iki təklif arasında bir milyard dollardan daha çox qiymət fərqinin niyə olduğu aydın deyil.

 

KATEQORIYA:
Bu xəbəri paylaş