ABŞ Hökuməti Ukraynaya 16 ədəd “Mark VI” patrul katerinin satışına icazə verib

ABŞ Hökuməti Ukraynaya 16 ədəd “Mark VI” patrul katerinin satışına icazə verib

ABŞ Dövlət Departamenti Ukraynaya təxmini dəyəri 600 milyon dollar təşkil edən 16 ədəd “Mark VI” patruk katerinin və əlaqədar avadanlıqların mümkün Xarici Hərbi Satışına dair qərar qəbul edib.

Bu barədə “Azeri Defence” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən məlumat verib.

DSCA iyunun 17-də mümkün satışla bağlı Konqresi xəbərdar edərək lazımi sertifikatı verib.

Xarici Hərbi Satış çərçivəsində Ukraynaya “SAFE Boats International” şirkətinin istehsalı olan katerlərlə yanaşı 32 ədəd “MSI Seahawk A2” döyüş modulu, 20 ədəd FLIR elektro-optik-infraqırmızı radar (16 quraşdırılmış və 4 ehtiyat), 16 ədəd Uzun məsaffəli Akustik Cihaz (LRAD), 5 km uzaqlığa malik səsgücləndirmə sistemi, 16  ədəd IFF sistemi, 40 ədəd MK44 topu (32 ədəd quraşdırılmış və 8 ehtiyat), rabitə vasitələri, dəstək avadanlıqları, ehtiyat və təmir hissələri və s. ixrac ediləcək.

“Təklif olunan satış, müasir, sürətli və qısa mənzilli gəmiləri təmin etməklə Ukraynanın hazırkı və gələcək təhdidlərə cavab vermə qabiliyyətini artıracaq. Ukrayna gəmilərdən öz ərazi sularını və digər dəniz maraqlarını qorumaq üçün istifadə edəcək”, – deyə açıqlamada qeyd olunub.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş