ABŞ Hökuməti Hindistana iki silah satışı müqaviləsini təsdiqləyib

ABŞ Hökuməti Hindistana iki silah satışı müqaviləsini təsdiqləyib

ABŞ Dövlət Departamenti aprelin 13-də Hindistana ümumi dəyəri 155 milyon dollar təşkil edən iki silah satışı müqaviləsinə razılıq verib.

Bu barədə “AzeriDefence” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən məlumat verib.

Belə ki, 92 milyon dollar dəyərində birinci müqavilə çərçivəsində ABŞ Hindistana 10 ədəd AGM-84L “Harpoon” Block II gəmi əleyhinə raket, bu raketlər üçün konteynerlər, ehtiyat və təmir hissələri, dəstək və sınaq avadanlığı ixrac edəcək. “Harpoon” raket sistemi Hindistan Hərbi Dəniz Qüvvələrinin P-8I təyyarələrinə inteqrasiya olunacaq.

63 milyon dollar dəyərində ikinci müqavilədə isə Hindistana 16 ədəd MK 54 yüngül torpeda (LWT), 3 ədəd MK 54 təlim torpedası, ehtiyat hissələri, torpeda konteynerləri və s. ehtiyat hissələr tədarük olunacaq.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti bundan əvvəl – fevral ayının 10-da Hindistana 1 milyard 867 milyon dollar dəyərində İnteqrasiya edilmiş Hava Hücumundan Müdafiə Silah Sisteminin (IADWS) satışına icazə verib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş