ABŞ Hərbi Hava Qüvvələri birinci HC-130J Combat King II təyyarəsini aldı

ABŞ Hərbi Hava Qüvvələri birinci HC-130J Combat King II tipli döyüşə hazır nəqliyyat-xilasetmə təyyarəsini alıb. Bu barədə “AzeriDefence” ABŞ Hərbi Hava Qüvvələrinin saytına istinadən məlumat verib.

Təyyarə noyabrın 15-də Hərbi Hava Qüvvələrinin 563-cü xilasetmə qrupunun (Arizona ştatındakı Davis-Monthan bazası) inventarına daxil edilib.

Qeyd edək ki, HC-130J Combat King II Lockheed Martin şirkəti tərəfindən hazırlanmış C-130J Super Hercules hərbi-nəqliyyat təyyarəsinin çoxsaylı modifikasiyalarından biridir. Bu təyyarə ABŞ Ordusunun köhnəlmiş HC-130P təyyarələrini əvəz edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş