ABŞ hərbi müttəfiqlərini V-22 “Osprey” təyyarələri ilə təmin edəcək

ABŞ hökumətində vertikal uçuş və eniş imkanlarına malik V-22 “Osprey” təyyarələrinin İsrail, Kanada və Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilməsi məsələsi müzakirə edilir.
“AzeriDefence”nin məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Hərbi Dəniz Piyadaları Korpusunun komandanlığından bildirilib ki, məqsədləri ixracı reallaşdırmaqla müttəfiq ölkələri bu tip təyyarələrlə təmin etməkdir.

ABŞ “Osprey”in Farnboroda iyul ayında keçiriləcək beynəlxalq avia sərgidə nümayiş etdirməyi planlaşdırır.
Məlumat da o da qeyd olunub ki, adı çəkilən ölkələr bu təyyarələri almaq niyyətində olsalar da satışla bağlı ABŞ tərəfindən rəsmi açıqlama daxil olmayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş