ABŞ-ın Azərbaycandakı səfiri ANAMA-nın regional bazasında olub

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta qərb bölgəsinə səfəri çərçivəsində Göygöl rayonunda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl regional bazasına baş çəkib.

“AzeriDefence”nin məlumata görə, səfir burada partlamamış minaların təmizlənməsində istifadə olunan vasitələrlə tanış olub. Sonra Agentliyin qrup rəhbəri Elnur Qasımov təlim bazasının fəaliyyətini əks etdirən təqdimat keçirib. Məlumat verilib ki, 10 ilə yaxındır, fəaliyyət göstərən bazada 26 adda təlimlər təşkil olunub. Təlimlərdə Azərbaycandan başqa, Gürcüstan, Əfqanıstan və Orta Asiya ölkələrindən olan minatəmizləyənlər də iştirak edib.

Qeyd edək ki, səfir Robert Sekuta aprelin 14-də qərb bölgəsinə gedib. Diplomat ötən gün Gəncənin tarixi abidələrinə baş çəkərək gəzməli yerləri ilə tanış olub.

Səfirlikdən verilən məlumat görə, Robert Sekutanın bölgələrə ilk səfəri Gəncədən başlayıb. Səfər çərçivəsində diplomatın Gəncə şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşü nəzərdə tutulur. Daha sonra isə səfir Azərbaycan Dövlət Aqrar Universitetində və məcburi köçkünlərin yaşadığı qəsəbədə də olacaq. (APA)

KATEQORIYA:
Bu xəbəri paylaş