ABŞ-ın bu raketi 150 km-də hədəfi məhv edəcək
ABŞ-ın “Raytheon” şirkəti “hava-hava” tipli yeni aviasiya mərmilərinin istehsalına başlayacaq.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, AIM-120 AMRAAM raketləri adı ilə ixrac ediləcək.
Şirkətdən bildirilib ki, yeni raket AIM-120C7-ni əvəz edəcək.
Mərmilərin istehsalı hələ tam yekunlaşmayıb.
Məlumatda o da qeyd olunub ki, bu tip ilk raket 2000-ci ildə AIM-120C7 markası ilə istehsal edilib.
Raketin hədəfi məhv etmə məsafəsi 150 km-dir və sona qədər idarə olunması üçün radiolakasiya sistemi ilə təchiz olunub. Sursatın çəkisi isə 150 kq-dır.
KATEQORIYA: Aerospace