ABŞ-ın Əfqanıstana verdiyi MSFV zirehli maşınların sayı 700-ü keçəcək

ABŞ-ın “Textron Systems” şirkəti Əfqanıstanın müdafiə və təhlükəsizlik qüvvələrinə daha 55 ədəd MSFV maşınları çatdıracaq.

“AzeriDefence”nin “Textron Systems” şirkətinə istinadən verdiyi məlumata görə, müəssisə ABŞ Ordusunun TACOM təşkilatından sifariş alıb.

Sifariş üzrə ilk nəqliyyat vasitələrinin çatdırılması 2018-ci ilədək planlaşdırılır. “Textron Systems” həmçinin Əfqanıstanın müdafiə və təhlükəsizlik qüvvələrini təlim, ehtiyat və logistika xidmətləri ilə də dəstəkləyir.

Qeyd edək ki, ABŞ Ordusunun MSFV proqramı çərçivəsində Əfqanıstan Milli Ordusu üçün hazırlanan MSFV zirehli maşınları 4×4 təkər formuluna malikdir.

Üç konfiqurasiyadan ibarət 18 ədəd MSFV-lərin ilk partiyası 2011-ci ilin noyabr ayında Əfqanıstana göndərilib. Ümumilikdə 2012-2015-ci illər arasında 689 ədəd MSFV zirehli maşınları Əfqanıstan Silahlı Qüvvələrinə təhvil verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş