ABŞ-ın F-35A döyüş təyyarələri Estoniyaya göndərildi
ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus F-35A döyüş təyyarələri Estoniyaya göndərilib.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, iki F-35A döyüş təyyarələri bu gün səhər saatlarında Estoniyanın paytaxtı Tallinin yaxınlığında yerləşən Emari hərbi aviabazasına eniş ediblər.
Təyyarələr ABŞ HHQ-nın 466-cı eskadriliyasına məxsusdur və Estoniyada neçə müddət qalacağı isə açıqlanmayıb.
Xəbərdə o da bildirilir ki, F-35A-lar Avropada keçiriləcək təlimlərdə iştirak edəcəklər.
KATEQORIYA: Aerospace