ABŞ-ın orbitə yeni radiolokasiya peyki buraxdığı ehtimal olunur

ABŞ-ın Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsinə məxsus Delta IV raketi məxfi yüklə orbitə uçuş həyata keçirib.

AzeriDefence”nin məlumatına görə, Kaliforniya ştatında yerləşən Hərbi Hava Qüvvələrinə məxsus Vandenberq bazasından reallaşan uçuş yerli vaxtla saat 16.12-də baş tutub.

Prosesin ilk 3 dəqiqəsi ABŞ telekanallarının birində canlı göstərilsə də, qarşısına qoyulan missiyasını həyata keçirib-keçirmədiyinə dair detallar haqda məlumat verilməyib.

Analitiklərin fikrincə, kosmik raket orbitə ABŞ istehsalı olan yeni radiolokasiya peykinin çıxarılması məqsədi ilə buraxılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş