ABŞ-ın qanadlı nüvə raketləri Avropada yerləşdirilə bilər

Artıq qanun layihəsi Konqresə təqdim olunub

ABŞ Konqresində Avropada nüvə başlıqlı qanadlı raketlərin yerləşdirilməsi təklif edilib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, parlamentə təqdim olunan qanun layihəsində ABŞ-ın  Avropadakı yaxın və orta mənzilli raketlərinin daha güclü komplekslərlə əvəzlənməsi məqsəduyğun sayılıb.

Qanun layihəsində qeyd olunub ki, ABŞ Avropadakı NATO hərbi bazalarını və bu qurum çərçivəsindəki müttəfiqlərini nüvə başlıqlı qanadlı raketlərlə təmin etməlidir.

Bundan başqa layihədə Avropadakı müttəfiqlərin qanadlı raketlərdən aktiv müdafiə vasitələri ilə təmin olunması, raket əleyhinə yeni müdafiə elementlərinin yaradılması və orta mənzilli mobil raket kompleksləri ilə təmini də öz əksini tapıb.

Qanun layihəsini hazırlayanlar iddia edir ki, getdikcə Rusiyanın Avropaya qarşı təhdidi artır. ABŞ isə Avropadakı müttəfiqlərini qorumağa məcburdur.

KATEQORIYA:
Bu xəbəri paylaş