ABŞ-ın yeni tiltrotor tipli təyyarəsinin ilk sınaq uçuşları keçirilib – FOTO

ABŞ-ın yeni tiltrotor tipli Bell V-280 “Valor” təyyarəsinin ilk sınaq uçuşları keçirilib.

Bu barədə “AzeriDefence” “Bell Helicopter” şirkətinin rəsmi saytına istinadən məlumat verib.

Bildirilib ki, “Valor” tiltrotor ilk sınaq uçuşu zamanı yüksək performans nümayiş etdirib və təyyarənin sınaqları uğurla həyata keçirib.

V-280 ABŞ Ordusunun aviasiya ehtiyaclarını qarşılamaq üçün “Bell Helicopter” və “Textron” şirkətləri tərəfindən yaradılıb. V-280 “Valor” tiltrotor tipli təyyarə sürət, mənzil və operativliyin artırılması məqsədilə hazırlanıb.

Tiltrotorun uçuş menzili 500-800 deniz mili arasında deyişir. Maksimum sürəti 280 knot təşkil edən V-280 “Valor” 4 nəfərlik ekipaj və 14 personal daşıma qabiliyyətinə malikdir. Təyyarə qanadlarının uçlarında yerləşən iki mühərriklə təchiz olunub.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş