ABŞ İspaniyaya 100 ədəd AIM-120C AMRAAM raketləri tədarük edəcək

ABŞ İspaniyaya 100 ədəd AIM-120C AMRAAM raketləri tədarük edəcək

ABŞ Dövlət Departamenti İspaniyaya 100 ədəd AIM-120C-7/8 AMRAAM (Advanced Medium Range Air-to-Air Missiles) orta mənzilli “hava-hava” tipli raketin, 1 ədəd AMRAAM komada-idarəetmə sistemin və əlaqədar avadanlıqların satışına razılıq verib.

Bu barədə Azeri Defence saytı ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə istinadən məlumat verib.

Xarici Hərbi Satış proqramı çərçivəsində həyata keçiriləcək tədarükün təxmini dəyəri 248,5 milyon ABŞ dolları təşkil edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş