ABŞ İsrailə 3 milyard dollarlıq aviasiya yanacağı tədarük edəcək

ABŞ İsrailə 3 milyard dollarlıq aviasiya yanacağı tədarük edəcək

ABŞ Dövlət Departamenti İsrailə 3 milyard ABŞ dolları dəyərində aviasiya yanacağı və digər neft əsaslı məhsulların satılmasını təsdiqləyib.

Bu barədə “Azeri Defence” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən məlumat verib.

Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində İsrailə təxminən 990 milyon qallon həcmində JP-8 aviasiya yanacağı, dizel və benzini tədarük ediləcək.

Məlumatda bildirilib ki, təklif olunan satış İsrailin sərhədlərinin müdafiəsini, mövcud və gələcək təhdidlərə cavab vermə qabiliyyətini artıracaq.

KATEQORIYA:
Bu xəbəri paylaş