ABŞ keçmiş sovet standartlarına uyğun döyüş sursatları alacaq

ABŞ keçmiş sovet standartlarına uyğun döyüş sursatları alacaq

ABŞ Ordusu NATO standartı olmayan və sovet dövrünə aid döyüş sursatı və silah sistemləri satın alır.

“AzeriDefence”nin “Defence-blog”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Ordusunun Müqavilə Komandanlığı məlumat yayıb.

ABŞ Ordusunun Müqavilə Komandanlığı Müdafiə Nazirliyi (Pentaqon), o cümlədən digər ABŞ güc strukturları və xarici müttəfiqlərinə sınaq, təlim və döyüş məqsədləri üçün xüsusi sursat və silah sistemləri (SAWS) almaq istəyir.

Bildirilib ki, SAWS məhsulları ilk növbədə ABŞ istehsalı olmayan silah sistemlərində istifadə üçün nəzərdə tutulub: “NATO standartı olmayan SAWS deyildikdə əsasən keçmiş Sovet İttifaqı və ya Şərq Blok ölkələri tərəfindən istehsal olunan və istifadə edilən sursat və silah sistemləri nəzərdə tutulur”.

Potensial satınalmalar siyahısına sovet istehsalı olan “Kalaşnikov” avtomatları, sursatlar, T-64, T-72, T-80 və T-90 əsas döyüş tanklarında istifadə üçün mərmilər, o cümlədən artilleriya və minaatan mərmiləri, qumbaralar, aviasiya və tank əleyhinə raketlər və yüksək partlayıcı döyüş başlıqlı raketlərın alınması daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş