ABŞ kibermüharibə proqramını genişləndirir

ABŞ Silahlı Qüvvələrində kibermüharibə ilə bağlı iri miqyaslı proqramın həyata keçirilməsinə başlanılıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, ABŞ Müdafiə Nazirliyi 2013-cü ilin oktyabrında kibermüharibə üzrə fəaliyyət göstərəcək 2 ekspert qrupu formalaşdırıb.  1 il ərzində bu qrupun sayı 10-a, hazırda isə 32-yə çatdrılıb.

Qrupların sayının artırılmasına baxmayaraq, Pentaqonun bu istiqamətdəki fəaliyyəti ilə bağlı rəsmi məlumat verilməyib.

Amerika mediasının yazdığına görə, bu məsələ də nüvə silahının hazırlanması proqramı kimi məxfi saxlanılır. Buna baxmayaraq, artıq bununla bağlı qanunvericiliyin hazırlanmasına dair sənəd parlamentə daxil olub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş