ABŞ Konqresi Rusiya ilə hərbi sənaye sahəsində istənilən əməkdaşlığa qadağa qoydu

ABŞ Konqresi Müdafiə Nazirliyinə Rusiyanın hərbi sənaye məhsullarının ixracı ilə məşğul olan “Rosoboroneksport” Dövlət Şirkəti ilə əlaqələrin kəsilməsi barədə qərar çıxardıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə qanun layihəsi Konqresin aşağı palatasında qəbul olunub.

Qərarın leyhinə 371, əleyhinə isə 48 nəfər səs verib.

Qanuna görə, ABŞ Müdafiə Nazirliyi Rusiyanın müdafiə sənayesi şirkətləri və onların törəmə müəssisələri ilə hər hansı fəaliyyətə dair saziş imzalaya bilməzlər.

Qərar yalnız ABŞ-ın milli maraqları tələb edərsə, o cümlədən Rusiya Suriyadakı və Ukraynadakı fəaliyyətinə son qoyarsa  dondurula bilər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş