ABŞ Litvaya 6 ədəd UH-60M “Black Hawk” helikopterinin satışına icazə verib

ABŞ Litvaya 6 ədəd UH-60M “Black Hawk” helikopterinin satışına icazə verib

ABŞ Dövlət Departamenti Litvaya təxmini dəyəri 380 milyon dollar olan 6 ədəd UH-60M “Black Hawk” helikopteri və avadanlıqların mümkün Xarici Hərbi Satışına dair qərar qəbul edib.

Bu barədə “Azeri Defence” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən məlumat verib.

Satış paketinə 6 ədəd UH-60M “Black Hawk” helikopteri, 8 ədəd AN / AAR-57 Raket Xəbərdarlıq Sistemi (CMWS), 12 ədəd M240H pulemyotu, habelə 15 ədəd EAGLE +429 GPS və inersial naviqasiya avadanlığı, 8 ədəd AN/APX-123A dost-düşmən tanıma cihazı, gecəgörmə cihazları, texniki dəstək avadanlıqları və s. daxildir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş